Dünya 11:30 30.05.2018

Yaxn Şərqdə atəşkəs: Həmasla İsrail anlaşdı

Həmasla İsrail 2014-cü ildə əldə edilmiş atəşkəs qərarını bərpa etmək barədə razılığa gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dünən Fələstin İsrailə 50 raket zərbəsi endirmişdi. Daha sonra isə İsrail Qəzzaya tanklar yeritməyə başladı. Gecə saatlarında isə Həmasa aid nöqtələrə 25 raket zərbəsi endirilib, tunellər vurulub. Çox sayda fələstinli gecəni sığınacaqlarda keçirib. 

Hazırda bölgədə qarşıdurma yaşanmır. 

Qeyd edək ki, son 1 ayda tərəflər arasında qarşıdurmalar xüsusilə artıb. Buna səbəb kimi ABŞ-ın səfirliyini Tel-Əvivdən mübahisəli Qüds şəhərinə köçürməsi və fələstinlilərin etirazlarıdır.

Gülşən