““Yaz gələcək” şüarımız daha çox siyasi və sosial mesajdır” – Razi Abasbəyli

““Yaz gələcək” şüarımız daha çox siyasi və sosial mesajdır” – Razi Abasbəyli

Müsahibimiz 63 saylı Sanbirabad birinci seçki dairəsindən deputatlığa müstəqil namizəd Razi (Abasov) Abasbəylidir. Onunla rayondakı siyasi mühiti, seçki prossesini, müzakirə etdik.

- Hazırda təbliğat təşviqat mərhələsində Sabirabadda ümumi mənzərə necədir?

- Mənim namizəd olduğuum Sabirabad 63 saylı birinci seçki dairəəsində 12 qeydə alınmış namizəd var. Faktiki olaraq təbliğat kampaniyasını hakim partiyanın namizədi və mən aparıram. Digər namizədlərin demək olar ki, heç bir təbliğat materiallarına rast gəlmək mümkün deyil. Bəllidir ki, bir neçə namizədi yardımçı və görüntü rolunu oynamaq üçün inzibati qaydada göstəriş əsasında irəli sürüblər. Bizim seçki qərargahının 22 üzvü var. Müvafiq olaraq təbliğat mərhələsinin birinci günü 35 məntəqənin hər birində ayrılmış yerlərdə təbliğat plakatlarımızı yerləşdirdik. İş planımıza uyğun olaraq da yeni mərhələni təşkil edir, paralel olaraq insanlarla tək-tək və kollektiv olaraq ünsiyyətdə oluruq. Eyni zamanda 63-cü dairədə 35 məntəqə üzrə 70 nəfərə yaxın müşahidəçilərin irəli sürülməsi prossesini təşkil edirik.

- Bu seçki kampaniyası dövründə fərqli bir texnalogiyadan istifadə edirsinizmi?

- Əslində bütün dünyada istifadə olunan seçki texnalogiyalarını araşdırdıq. Azərbaycan üçün xarakterik olanları müəyyən etdik. Qərargahımızda 4 nəfərdən ibarət informasiya qrupu yaratdıq.Bu qrupun işi sosial media və KİV-lərlə işin təşkilinə cavabdehdir. Eyni zamanda video roliklərin hazırlanması, dairə ərazisində veb kameralar quraşdırılmış 4 məntəqəni nəzarətdə saxlamaq seçki günü bu dörd nəfərin hər biri bir dairə üzrə qərargahda oturaraq veb kameraları izləyəcək. Ərazi üzrə görüşlər zamanı açıq dəstək aldığımız könüllülərin və fəalların mobil koardinatlarını toplayaraq seçkki günü onlarla vahid mərkəzin, yəni qərargahımızın işini əlaqələndirməyi düşünürük. Fərqli texnalogiyalardan biri də, mərkəzi bazarda satış piştaxtaları üzərində bir günlük qiymətlərin üzərinə 1-ci sözü yazılmasıdır. Bu Türkiyədə geniş yayılsa da Azərbaycanda ilk olaraq bizim tərəfimizdən istifadə olunur. Bu gündən sonra istifadə edəcəyimiz texnalogiya və yeniliklər haqda isə detallı danışa bilmərəm çünki əksəriyyəti özümüzə məxsusdur.

- Əsas şüar kimi sizin "Yaz gələcək” şüarınız sosial mediada ən çox müzakirə olunan material oldu. Nə deməkdir bu şüarda, seçiciyə hansı mesajı vermək istəyirsiniz?

- Sosial media müxtəlif insan qruplarından ibarət bir şəbəkədir. Xüsusilə də Azərbaycanda facebook digər ölkələrlə müqayisədə daha çox məişət mövzuları geniş müzakirələrə səbəb olur. Mühim strateji mövzular isə adətən az çevrədə müzakirə olunur. "Yaz gələcək” şüarı Türkiyə təcrübəsindən götürülüb. 2019-cu ildə istifadə edilən "Martın sonu bahar” şüarının işlənməsi və açıqlanmasından götürülüb. Türkiyənin ana müxalif partiyası olan Cümhuriyyət Xalq Partiyası bələdiyyə seçkilərində bu şüardan istifadə etmişdi. "Yaz gələcək” şüarımız fəsil anlamından daha çox siyasi və sosial mesajdır. Azərbaycanda seçicilər arasında seçkiyə ciddi inamsızlıq var. İnsanlar deyir ki, biz kimin adını yazıbb qutuya atsaq da özləri bildiklərini seçəcəklər. Biz deyirik ki, siz seçkiyə gəlin, adınıza olan bülletenə sahib çıxın. Siyahaıda birincini yazın seçdiyiniz adam ayağınıza gələcək. Biz deyirik ki, seçkilərə olan inamsızlıq, gələcəyinə olan inamsızlıq, qara buludları dağııdacağıq – həyatımıza yaz gələcək. Biz deyirik ki, yaz yenidən doğulma, yenidən yaşama başlama, başlangıc deməkdir. Birinci başlanğıcdan gözəl gələcəyimizin təməlini ataq. Düşünürük ki, şüarımız şablon və standart "səs ver”, "seçin”, "seçək” kimi köhnəlmiş və ikrah doğuran şüarlarla seçki kampaniyasında uğur qazanmaq olmaz. Bu baxımdan da bizi tənqid edən, dəstəkləyən hər kəsə təşəkkür edirik. Eyni zamanda seçki bülletenində adımız birincidir. Abasov Razı Umudəli oğlu. Bu həm də bizə əlavə şans və avantaj yaradır. Əyalətlərdə yazma oxuma bilməyən və ya seçkiyə müxtəlif yollarla gətirilən insanlar siyahıda birinci olanı daha rahat seçə bilir. Bu baxımdan da "siyahıda birinci" də paralel apardığımız təbliğat startegiyamızdır.

- Rəqiblərinizlə siyasi münasibətləriniz necədir?

- Əslində Sabirabad rayonunda 3 dairənin heç birində hakim partiyanın irəli sürdüyü namizədlər arasında bir nəfər də olsun sabirabadlı yoxdur. Böyük bir rayonun saysız hesabsız savadlı gəncləri, xaricdə təhsil alan şəxslər var. Rayonumuzun ictimai nifuzu yüksək olan, əhali arasında hörməti olan xeyli insan var. Düşünürəm ki, 3 dairənin heç birində yerli namizədin irəli sürülməməsi hakim partiyanın yerli təşkilatının zəifliyindən, rayon ictimayyəti ilə işini düzgün təşkil etməməsinin sübutudur. Bizim seçki kampaniyasının əsas devizi sevgi, barış və yeni dönəmə gənclərlə davam etməkdir. Heç bir namizədlə bağlı əks kampaniya aparmaq, mübahisə və müzakirələrə itirəcək vaxtımız və nəzərdə tutulan enerjimiz yoxdu. Ona görə də əsas işimiz insanlarımızla daha çox təmasda olmaq, onların seçkiyə gəlişinə nail olmaqdır. Bu zaman seçkini qazanacağımızdan zərrə qədər də şübhəmiz yoxdur. Əgər bu prossesi apararaq normal seçki keçirsək, kim qalib olsa onu təbrik edib əlini sıxmağa hazırıq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR