Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. O bildirib ki, N. Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də dünyasını dəyişib.
Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.
Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.
Şərhlər