Yelo Bank-dan yeni və parlaq mobil əlavə

Yelo Bank-dan yeni və parlaq mobil əlavə

Olduğun hər yerdə Yelo Bank da yanındadır. Yelo mobil əlavəsi ilə bankların iş qrafiklərini və ünvanlarını unuda bilərsiniz. Çünki bir çox bank əməliyyatlarını etmək üçün smartfonunuzda yalnız Yelo app-in olmağı kifayətdir. 

Unikal dizaynı ilə seçilən Yelo App lazım olan funksiyaları rahat tapmaq və əməliyyatları tez etmək imkanı verir. Bu mobil əlavədə hesablarınızı izləyə, ödənişlər edə, eləcə də, kartdan karta, mobil nömrə üzərindən və digər üsullarla pul köçürmələri edə bilərsiniz. Statistika bölməsində isə istədiyiniz vaxt aralığı və Yelo kartınız üzrə xərc və gəlirlərinizə nəzarət etmək mümkündür. 

Bundan əlavə, 400-dən çox partnyoru özündə birləşdirən Yelo Cashback proqramı üzrə təkliflər, aktiv kampaniyalar və hər ödənişinizdən qazandığınız 30%-dək cashback məbləği haqqında məlumat əldə etmək imkanınız var.  

Əlavədən istifadə etmək üçün Yelo müştərisi olmağınız şərt deyil, amma müştərisi olaraq əlavənin bütün üstünlüklərindən tam yararlana bilərsiniz. Hələ də Yelo müştərisi deyilsinizsə, saytımızdan və ya elə mobil əlavənin özündən istədiyiniz kartı onlayn sifariş edə bilərsiniz. 

Mobil əlavəni Google Play Market-dən (Android) və ya App Store-dan (IOS) yükləmək mümkündür.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank -  Parlaq Bankçılıq.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR