Xəbər lenti

“Yelo Bank”dan 10 milyondan artıq mənfəət
Ekonomiks 16:11 28.07.2021

“Yelo Bank”dan 10 milyondan artıq mənfəət

"Yelo Bank” 2021-ci ilin II rübü üzrə maliyyə hesabatını açıqlayıb. Ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, bank hesabat dövrünü 10 milyon manat xalis mənfəətlə başa vurub. Eyni zamanda cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47.5 milyon manat artaraq 438.6 milyon manata çatıb.

Bankın kredit portfelində də nəzərə çarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3 % artaraq 364.8 milyon manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 milyon, istehlak kreditləri üzrə isə 56.5 milyon manat veriliş olub. Qeyd olunan dövr üzrə bankın depozit portfeli də 8 % artaraq 253.8 milyon manata çatıb.

Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin analoji periodu ilə müqayisədə 20 % artım deməkdir. Hazırda bankın məcmu kapitalı 63.86 milyon manatdır, bu göstərici ilin əvvəlindən 10 milyon manat, requlyativ tələbdən isə 13.86 milyon manat çoxdur.

"Yelo Bank”ın İdarə Heyətinin Sədri Anar Həsənov II rübün maliyyə nəticələrini belə şərh edib:

"2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk II rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->