Xəbər lenti

Yeni Avaz 3: 15 ilin hitləri yenidən doğulur! (FOTO)
Foto 14:28 05.04.2026

Yeni Avaz 3: 15 ilin hitləri yenidən doğulur! (FOTO)

Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzi-nin dəstəyi ilə həyata keçirilir.


Qaynarinfo xəbər verir ki, layihəni 6 aprel tarixində Xəzər Media Mərkəzi-nin efirində yayımlanan "İncə səhər”, "Qonaqcanlı” və "Xəzər axşamı” verilişlərində canlı olaraq izləyə bilərsiniz.

Araz Radiosunun 15 illik yubileyinə özəl hazırlanan "Yeni Avaz 3" layihəsi bu dəfə xüsusi konseptlə təqdim olunur. 15 ilin  hit mahnıları bu dəfə gənc ifaçıların təqdimatında tamamilə yeni nəfəs qazanır.

 

Layihənin əsas özəlliyi isə odur ki, bu dəfə səhnə gənclərindir! Gənc ifaçılar, 15 il öncə hit olmuş mahnıları öz tərzlərində təqdim edərək, həm nostalji hisslər yaşadır, həm də musiqiyə müasir baxış qatırlar.

* "Sən və Mən” (ilk ifaçı: Röya Ayxan, bəstəkar: Hacı Nazim) – Anaranın ifasında yeni ruhda

 

* "Dəli Küləyim” (ilk ifaçı: Samira AliMəryəm, bəstəkar: Muxtar Abseynov) – Melayın təqdimatında fərqli enerji ilə

 

* "Ürəyimsən” (ilk ifaçı: Tünzalə, Xəyyam & Murad Arif, bəstəkar: Murad Arif) – Camal Qasımovun ifasında yeni hisslərlə

 

* "Mənə Bax” (ilk ifaçı: Elton, bəstəkar: Hacı Nazim) – "Naz” vokal ansamblının özəl təqdimatında

 

* "Mənim Mənim” – (Tapar məni adı ilə tanınan) (ilk ifaçı: Flora Kərimova) – Rahib Mirzoevin ifasında fərqli tərzdə

 

* "Buludlar” (ilk ifaçı və bəstəkar: Ceyhun Zeynalov/İsmayıl Əsədov) – Amir Paşayevin dinamik təqdimatında

 

* "Təyyarələr” (ilk ifaçı: Natavan Həbibi, bəstəkar: Murad Arif) – Elgün & Səbinə duetində yeni çalarda

 

* Bir Sevgim Var” (ilk ifaçı: Sevda Ələkbərzadə, bəstəkar: Muxtar Abseynov) – Könülün ifasında tamam başqa hisslərlə


Araz FM 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3 MHz tezliyində yayımlanır. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. Hazırda radiomuzun yayımlandığı verlişləri  Azərbaycanın bütün rayonlarında , dinləmək mümkündür. Radiomuz  tematik xəbər proqramları, sosial yönümlü layihələrlə, avtomobil həvəskarları üçün tövsiyə xarekterli verlişlərlə zövqlü, düşündürücü, milli  musiqilərlə  xidmətinizdədir.

"Araz FM” – Qovuşduran radio!

Araz 103.3 FM – in İnstagram hesabı

https://www.instagram.com/arazfm.az?igsh=MW04bXUyNTV1ZzZrOA%3D%3D&utm_source=qr


Araz 103.3 FM – in youtube hesabı

https://youtube.com/@araz-fm?si=bP7jBlM4SvwjkjWx


Yeni Avaz layihəsinin instagram hesabı

https://www.instagram.com/yeniavazofficial?igsh=MWQ0YmdyNzNrZGtnaQ%3D%3D&utm_source=qr


Yeni Avaz layihəsinin Tik Tok hesabı
https://www.tiktok.com/@yeniavazofficial?_r=1&_t=ZS-95EM1k3T4PR

--> -->