Xəbər lenti

Yeni qlobal maliyyə böhranı gəlir - TƏHLÜKƏ
Ekonomiks 21:10 08.07.2018

Yeni qlobal maliyyə böhranı gəlir - TƏHLÜKƏ

1998-ci ildə baş vermiş dünya maliyyə böhranı yaxın vaxtlarda təkrarlana bilər.

Belə bir açıqlama ilə "Bank of America”nın analitikləri çıxış edib.  Bildirilir ki, dünya bazarlarında hazırda müşahidə olunan  trendlər  1990-cı illərin sonlarında mövcud olub. Əgər proqnozları izləsək, maliyyə  böhranı yenidən baş verə bilər.  Həmin vaxt Asiyada iqtisadi böhran, Rusiyada isə defolt baş vermişdi.  Nəticədə, iqtisadiyyatın güclü təzyiqi altında inkişaf edən iqtisadiyyatlar çökdü.

Onlar indi də zəifləyir, halbuki yüksək texnologiyalı şirkətlərin səhmləri  yüksəlir və ABŞ sabit  artım göstərir.

"Bloomberg” "Bank of America”nın analitiki Maykl Hartnettə istinadən qeyd edir ki, bütün bunlar yeni bir iqtisadi şokun simptomları ola bilər.

 "BK Cberejeniya” şirkətinin analitik departamentinin rəhbəri Sergey Suverovun sözlərinə görə, dünya fond bazarlarında vəziyyət həqiqətən çox qeyri-sabitdir və çox mənfi "bum" proqnozları yaradır: "Bu, iki səbəblə bağlıdır. Birincisi, Donald Tramp administrasiyasının Çinə və Avropa Birliyinə qarşı başlatdığı  ticarət müharibəsi ilə bağlıdır. İyulun 6-da Çin məhsullarına qarşı 25 faiz rüsum tətbiq edilə bilər. Bu, Çin iqtisadiyyatının artım templərini kəskin şəkildə ləngidə bilər və orada daşınmaz əmlak bazarında vəziyyət kifayət qədər mürəkkəbdir. Ona görə də mənə elə gəlir ki, hazırda Çin sabitliyin əsas amillərindən biridir. Amerikada isə vəziyyət hələlik  az-çox firavandır. ABŞ iqtisadiyyatı yaxşı göstəricilər nümayiş etdirsə də artıq müəyyən qədər qızışma əlamətləri var. İkinci amil, monetar siyasətin həm ABŞ-da, həm də avrozonada sərtləşməsidir.  Bu, kapitalın inkişaf etməkdə bazarları tərk etməsinə, struktur problemlərinin artmasına  gətirib çıxarır”. 

Sergey Suverov onu da bildirir ki, böhranın qarşısını almaq şansları hələ də qalır. Belə ki, inkişaf etmiş ölkələrin  mərkəzi bankları zəruri yumşaldıcı tədbirlər görə bilər. Bu qurum ilin ikinci yarısında neftin bir barrelinin proqnoz qiymətlərini  7,5 dollardan 85 dollara qədər artırıb. Sonuncu dəfə Brent nefti 2014-cü ilin oktyabr ayında bu səviyyədə satılıb. "Morgan Stanley”nin analitiklərinin proqnozlarına görə, neft qiymətlərinin belə artması  İran, Liviya və Anqolada neft hasilatının azaldılmasına gətirib çıxaracaq ki, bu da dünya bazarında tədarükü azaldacaq. Digər bir amil geosiyasi gərginlikdir. Bu da qlobal neft bazarına təzyiq göstərir.

 "PFL Advaiser” şirkətinin baş mütəxəssisi Fyodor Naumov  qeyd edir ki, dünyada siyasi gərginlik artır. Neft istehsal edən İran, Venesuela kimi ölkələr ABŞ-a qarşı müxalifətdə dayanır. Venesuelada isə daxili böhrandır, neft istehsalının inkişafına heç bir investisiya qoyulmur.  Liviya, Anqola da öz daxili vəziyyəti ilə əlaqədar neft hasilatında investisiya çaışmazlığı ilə üzləşib. 

Belə ölkələr ABŞ-la pis münasibətdədir və ora heç kim siyasi sabitsizlik səbəbindən investisiya yatırmaq istəmir. Əgər neftin qiyməti 85 dollar olaraq qalarsa və bu davamlı olarsa, neqativ göstəricidir. Lakin 90 dollar olması isə tələbata güclü ziyan vura bilər. Belə ki, tələbat azalmağa başlayacaq”-Naumov belə deyib.   (cebhe.info)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->