"Yeni Sabah"ın fəaliyyətə başlamasının iki ili tamam oldu

Bu gün "Yeni Sabah" saytının fəaliyyətə başlamasının iki ili tamam olur. Sayt 2019-cu il, yanvar ayının 25-dən oxucuları üçün xəbər xidməti göstərir.

İki il müddətində saytın əsas istiqaməti siyasi məlumatlar olsa da, həyatın digər sahələri – sosial, iqtisadiyyat, idman,  şou, kriminal mövzuda informasiyalara da yer verib. Ölkədə baş verən mühüm hadisələr haqda operativ olaraq saytda informasiyaların yayılması ilə yanaşı onların mütəxəssislər tərəfindən şərhini təmin edir. 

Bundan əlavə vətəndaş jurnalistikası ilə aktiv əməkdaşlıq, sosial problemləri olan şəxslərlə birbaşa əlaqələrin qurulması, problemlərin işıqlandırılmasını həyata keçirir. Bunun üçün saytda müasir kommunikasiya vasitələrindən istifadə şəraiti yaradılıb. "Whatsapp", "Facebook" səhifəsi, mobil və şəhər telefonları vasitəsi ilə redaksiya ilə əlaqə saxlamaq mümkündür. Sayt bir çox siyasi, rəsmi və iqtisadi qurumlarla əməkdaşlıq edir. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR