Bazar günü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) özünü III qurultayını keçirib. Qaynar.info-nun xəbərinə görə, Bakı Əyləncə Mərkəzində baş tutan qurultayda 747 nəfər qurultay nümayəndəsi iştirak edib.
Qurultayda BAXCP sədri Qüdrət Həsənquliyev hesabatla çıxışı edərək, ölkənin daxili və xarici siyasətindən, partiyasının strateji hədəflərindən danışıb.
Daha sonra partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib. Partiya sədrliyinə namizəd Qüdrət Həsənquliyev olub. BAXCP üzvləri növbəti müddətə onun partiyaya sədrlik etməsinə səs veriblər.
Qaynar.info
Şərhlər