Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı (VİDEO)
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.
Bu barədə "RİA Novosti” xəbər verir.
Bundan əvvəl onlar Yerevanın mərkəzində bir neçə kilometr yürüş keçirib, Paşinyanın ünvanına təhqiredici şüarlar səsləndirib. İndi onlar Baqramyan prospektinə qayıdıb.
Burada bir neçə min insan var, onlar səsgücləndiricilər vasitəsilə vətənpərvər mahnılar dinləyir. Polis baş verənlərə qarışmır. //"Qafqazinfo”
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər