Xəbər lenti

Yevlaxdakı qatar qəzası işçinin səhvi ucbatından baş verib (AÇIQLAMA/YENİLƏNİB)
Ölkə 11:58 30.12.2018

Yevlaxdakı qatar qəzası işçinin səhvi ucbatından baş verib (AÇIQLAMA/YENİLƏNİB)

Yevlaxdakı qatar qəzası yenidənqurma işləri aparan ATEF şirkətinin işçisinin kobud səhvinə görə olub.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
 
"Yenidənqurma işləri ilə əlaqədar olaraq ATEF şirkətlər qrupu Ləki-Yelax mənzilinin tək yolunda işləyir. İş prosesi zamanı kontakt şəbəkəsində işləyən drezinin mexaniki səhlənkarlıq edərək, kobud səhvə yol verib. Bu səbəbdən qarşıdan gələn qatar onu vurub. Hadisə nəticəsində drezin yoldan çıxıb. Amma xəsarət alan olmayıb. Sadəcə qatarlarımız bir qədər gecikmə ilə Bakıya çatıblar".

***** 

Yevlaxda qatar qəzaya uğrayıb.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->