Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu (YENİLƏNİB)

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu (YENİLƏNİB)

Yevlax-Bərdə avtomobil yolunda baş vermiş yol qəzası zamanı ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, avtomobil qəzası zamanı Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.

Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, axşam saatlarında Yevlax-Bərdə yolunda "VAZ" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
20:24

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır. 

Faktla bağlı araşdırma aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR