Xəbər lenti

Yılmaz Özdilə susması üçün 5 milyon dollar təkilf edildi (VİDEO)
Video 11:30 27.05.2020

Yılmaz Özdilə susması üçün 5 milyon dollar təkilf edildi (VİDEO)

Türkiənin müxalif Sözcü qəzetini köşə yazarı, tanınmış jurnalist Yılmaz Özdilə qəzetlə əməkdaşlığını dayandırması qarşılığında 5 milyon dollar pul təklif ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Özdil TELE1 kanalında yayımlanan Mercek adlı verilişdə çıxışı zamanı açıqlama verib. O, bu təklifə "Qırmızı Pişik" nəşriyyatının sahibi Haluk Hepkonun da şahid olduğunu deyib. Lakin bu təklifi qəbul etmədiyi üçün Mustafa Kamal kitabı haqqında qaralama kampaniyası başladıldığını bildirib.

Məşhur köşə yazarı təklifin iqtidaryönümlü mətbuat orqanlarından biri tərəfindən edildiyini və onlara qatılmağını istədiklərini də əlavə edib.

"Qəbul etmədiyimə görə çirkin şəkildə hücuma keçdilər. Bizim qələmimiz satılmır", - deyə Özdil bildrib.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->