Ölkə 17:03 17.05.2021

Yol nişanı standarta uyğun deyil, BNA isə sürücünü cərimələyir

Kommersant.az saytının baş redaktoru Odər Qəni qanunsuz cərimələnib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib. Redaktorun sözlərinə görə, hadisə bu gün Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib:
 
"Avtomobilimi park etmək istədim, icazə nişanını gördüm və "Hyundai ix 35" markalı 90-VS-235 nömrəli avtomobilimi saxladım. Elə həmin anda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları məni İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə 20 azn cərimələyib".  

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin nişan standartalara uyğun olmayan qanunsuz nişandır:

"Onun götürülməsi üçün tapşırıq verilib və ərazidən götürüləcək".

Mətbuat xidmətinin rəhbəri məlum hadisənin araşdırılacağını bildirib.

Bahar Rüstəmli