Video 14:33 26.07.2021

Yol polisindən qaçan şəxs vəziyyətdən çıxmaq üçün... (VİDEO)

Bakıda polis görəndə əldən-ayaqdan gedən birisi özünü yolun ortasına atıb. Təcili yardım çağıran polis əməkdaşı həkimlə birlikdə onun qoluna girərək yolu keçirib.
 
Qaynarinfo Avtosfer.az-a istinadən bildirir ki, gənc oğlan hərəkətin intensiv olduğu yolu keçərək həm özünü, həm də onun dalınca gəlmək məcburiyyətində qalan polisin həyatını təhlükəyə atıb. Ən sonda polisin onu buraxmayacağını anlayan oğlan arakəsməni keçdikdən sonra özünü yola ataraq avtomobillərin hərəkətini dayandırıb. Lakin onun bütün səyləri nəticəsiz qalıb. Polis əməkdaşı ona heç bir təzyiq göstərmədən, böyük səbrlə təcili yardım işçisinin yaxınlaşmasını gözləyib və birlikdə onu təcili yardım maşınına mindiriblər. Görünür gənc oğlanın qəbahəti böyük olub ki, o, polisdən yayınmaq üçün bu cür yola əl atıb.