Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 281 946 təşkil edir.
Şərhlər