Xəbər lenti

Texnologiya 17:40 31.05.2018

"YouTube" necə qazandırır? ABŞ-da 6, Azərbaycanda 1 dollar

Ekosistemi və qəbul etdiyi reklamlar ilə ildə 100 milyard dollardan çox pul qazanan YouTube bunun çox kiçik hissəsini video hazırlayan və YouTuber adlandırılan şəxslərlə "bölüşür". 

Qaynarinfo xəbər verir ki, Google-un 2017-ci ildə 110 milyard dolları keçən gəlirlərində ciddi pay sahibi olan YouTube-un istifadəçi sayı 1 milyard nəfərdən çoxdur və bu da bütün dünyadakı internet istifadəçilərinin təxminən 1/3 hissəsi deməkdir. 

Google video platforması ilə sadəcə reklam yerləşdirənlərin deyil, bu platformaya video yükləyən məzmun yaradıcılarının da gəlir mənbəyidir. Hətta son illərdə dünyada olduğu kimi Azərbaycanda da bu platformada paylaşımlar edən və YouTuber adlandırdığımız şəxslərin bu sahədə xüsusi "bazar" yaratdığını da müşahidə edirik.

İş hər nə qədər "Yemək videosu çək, YouTube-da paylaş və pul qazan" kimi sadə şəkildə xarakterizə edilsə də, əslində bu platformada davamlı olaraq gəlir əldə etmək üçün Google və YouTube-un tez-tez dəyişən "axtarış nəticələri" və "məsləhət görülən videoları" necə göstərdiyini aydınlaşdıran alqoritmini analiz etmək lazımdır. 

100 min dəfə izlənilən bir videonun bu videonu paylaşana qazandıracağı məbləğ YouTube-a görə 100-dən çox kriteriyaya əsasən dəyişir. Əlavə olaraq platformadan qazanılan gəlir kanalın mənsub olduğu ölkə və yayımlanma dilinə görə də dəyişə bilir. Məsələn, 1000 baxış sayı üçün müəyyən olunmuş ortalama gəlir ABŞ-da 5-6 dollara, ölkəmizdə isə 1 dollara çətinliklə çatır. Bu isə YouTuberlərə sərf etmədiyi üçün əksəriyyət fəaliyyətini dayandırır. 

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->