"YouTube” servisi videoya baxmaq üçün ən yaxşı smartfonları açıqlayıb.
Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, "YouTube Signature Devices” proqramının təsvirinə görə videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və sair dəstəkləməli) cavab verməlidir.
Məlumata görə, "YouTube” üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl "Samsung Galaxy Note 9” modeli qeyd olunur. Siyahıda, həmçinin "Sony Xperia XZ2 Premium”, "HTC U12+”, "Nokia 8 Sirocco” və digər qurğular yer alıb.
"Apple” smartfonlarının populyarlığına baxmayaraq, siyahıya "iPhone” smartfon modelləri daxil ola bilməyib. Bu, "YouTube”un reytinqi yalnız "Android” sistemli qurğulardan ibarət tərtib etməsi və ya "iPhone X” modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda "YouTube”da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu – "OnePlus 6”, "LG G7 ThinQ” və "Xiaomi Mi8” qərarlaşıb.
Şərhlər