Foto 20:30 12.11.2017

Məşhur antropoloq: "Yoxsul insanlar alkoqola və narkotikə meyil edir"

Antropologiya və sosiologiyada önəmli mövzulardan biri olan gəlir bərabərsizliyi haqqında məşhur antropoloq Oskar Levis də öz düşüncələrini bölüşüb. Levisin 1959-cu ildə mühazirə etdiyi "Yoxsulluq mədəniyyəti" zamanla sosioloq və antropoloqlar tərəfindən araşdırılıb, geniş müzakirələrə səbəb olub.
 
"Qaynarinfo" Oskar Levsin yoxsulluqla bağlı düşüncələrini təqdim edir:


Oskar Levis bildirir ki, yoxsul mühitdə yaşayan insanlar zamanla öz yaşam standartlarına uyğun mədəniyyət yaradır. Bu cür mədəniyyət bu insanların ümidsizliyindən və gücsüzlüyündən inkişaf edir. Bununla yanaşı, Levis bu mühitdə yaşayan insanlar üçün tarixin önəmli olmadığını qeyd edir. Ona görə yoxsulluqdan çıxan şəxsiyyətlər bu mədəniyyətin yaranmasının kökündə dayanır. Yoxsulluq mədəniyyətinin yaratdığı davranışlar, münasibətlər ictimai proseslərlə sonrakı nəsillərə çatdırılır və müstəqillik qazanır. Bu mədəniyyət mövcud mədəniyyətin dəyişməz halqası kimi görünür. Yəni, yoxsul mühitdə yaşayan xalqın davranış və münasibətləri heç bir formada dəyişməyəcək, çünki bu davranışlar fərdin inkişafına və şəxsiyyətinin formalaşmasında önəmli yer tutur.
 
Buna görə də Levis bu cür xalqlara edilən yardımın faydasız olduğunu düşünür. Onun fikrincə, bərabərsizlik maddiyatdan çox mədəniyyətlər arasındadır. Bu məntiqlə o, yoxsulluq nəzəriyyəsinin məsuliyyətini ictimai və ekonomik şərtlərlə kasıbların üzərinə atır. Yoxsulluq mədəniyyəti kasıbçılığı ortaya çıxaran bərabərsizliyə, iş imkanlarının çatışmazlığına, sosial vədlərin yerinə yetirilməməsi tərzində olan faktorları günahlandırarkən, dövr yoxsulluğun səbəbini kasıb xalqda axtarır. Bu iddianı isə kasıb insanların alkoqola və narkotikə daha tez uyduğunu və öz istəkləri ilə təhsillərini yarımçıq buraxdıqlarına görə irəli sürürlər. Yoxsulluq mədəniyyətində avarçılıq bir növ baş ucalığı gətirir deyə, Levis iddia edir. 

Yoxsul mühitdə yaşayan insanlar zamanla illeqal işlərə qoşulmalarının səbəbini başqa əlac tapa bilmədikləri ilə izah edir. Bu davranış zamanla nəsildən nəsilə keçir. 

Tərcümə etdi: Lalə Niftaliyeva 
Qaynarinfo.Az