Xəbər lenti

Yumurtanın ən böyük faydaları
Sağlamlıq 23:20 24.05.2020

Yumurtanın ən böyük faydaları

Yumurtanın insan sağlamlığına faydaları saymaqla bitməz. Danimarka ekspertləri yumurtanın ən böyük və önəmli faydaları haqqında məlumat verib.

Qaynarinfo saglamolun.az-a istinadən bildirir ki, Metabolism jurnalında dərc olunmuş məqalədə yumurtanın arıqlamaqda böyük rolu göstərilib. Araşdırmalar göstərib ki, arıqlamaq istəyənlər hər səhər yeməyində yumurta yedikdə gün ərzində daha az kalori qəbul edir və bu da onlara daha tez arıqlamağa yardım edir.

Yumurta əzələ kütləsinin artması və sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Bu haqda məlumat American Journal of Clinical Nutrition nəşrində dərc olunub.

Yumurta beyinin sağlamlığı və fəaliyyətini yaxşılaşdırır. Xolin və DHA ilə zəngin olan yumurta uşaqlarda beyinin normal inkişafı üçün olduqca faydalıdır.  

Hər gün 1 yumurta yemək ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin bu qanda şəkərin səviyyəsini tənzimləməyə və şəkərli diabetin riskini azaltmağa da kömək edir. Bu haqda Molecular Nutrition and Food Research nəşrində məlumat verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->