Xəbər lenti

Sənət 23:32 28.11.2014

Yunan filmləri Azərbaycanda - FESTİVAL

Yunan filmləri Azərbaycanda.

Bu gün “28 cinema” klubda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Yunanıstan Səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda Yunan filmləri festivalı"nın açılışı olub.

Qaynar.info xəbər verir ki, festivalın açılışında görkəmli mədəniyyət xadimləri ilə yanaşı müxtəlif ölkələrin Azərbaycanda olan səfirləri və nümayəndəlikləri də iştirak ediblər. 

Fesitivalı giriş sözü ilə açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Vitse-prezidentİ Vəli Əlibəyov ölkəmizdə keçirilən "Azərbaycanda Yunan filmləri festivalı"nın Azərbaycan və Yunanıstan arasındakı mədəniyyət əlaqələrinin inkişafında müsbət addımlardan biri hesab etdiyini vurğulayıb. Sonra Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas da çıxış edərək Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn festivalın keçirilməsini müsbət hal kimi qarşıladıqlarını bildirərək, qonaqları filmlərə baxmağa dəvət edib.

Tamaşaçılar 28, 29, 30 noyabr və 1 dekabr da daxil olmaqla 4 gün davam edəcək festivalda, dünya tamaşaçıları tərəfindən müsbət qarşılanan 8 yunan filmini izləyə biləcəklər. Onu da qeyd edək ki, filmləri izləmək istəyən hər kəs dəvətnamələri 28Cinema-nın kassalarından pulsuz əldə edə bilərlər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->