Xəbər lenti

Yunanıstan türk müftini həbs etdi (SƏBƏB)
Dünya 10:10 07.11.2019

Yunanıstan türk müftini həbs etdi (SƏBƏB)

Yunanıstanın Alexandroupolis (Dədəağac) məhkəməsi müfti İbrahim Şərifi bölgədəki bir türk kəndində cümə namazına qatıldığına görə "vəzifə qəsbi" ittihamı ilə günahkar hesab edərək 80 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qaynarinfo xəbər verir ki, müfti Şərif vəkilinin vasitəsilə qərara etiraz edərək apelyasiya şikayəti verib. 

Şərif məhkəmə qərarıyla bağlı sosial hesabından bunları yazıb:

"Dədəağac kəndlərindən olan Musaköydə cümə namazına qatılmağımız "vəzifə qəsbi” sayılaraq 5 noyabr 2019-cu ildə Dədəağaç məhkəməsi tərəfindən 80 günlük həbs edildik. Xeyirlisi Allahdan”. 

Bundan qabaq da Gümülcinədəki (Komotini) müsəlman türk əhali tərəfindən müfti seçilən İbrahim Şərif haqqında qaldırılan "rəsmi səlahiyyətləri qəsb etmə" ittihamı ilə bir neçə dəfə məhkum edilib. Ancaq Şərif müraciət etdiyi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən haqlı hesab edilib və Yunanıstan cəzalandırılıb.

Qeyd edək ki, Yunanıstanda Qərbi Türk Trakya Müsəlman Türk Azlıqlarının dini liderləri, müftilər və azlıqlara aid fondların idarə heyətləri dövlət təyinatları ilə müəyyən olunur. Türk azlığı isə bu qaydaları qəbul etmir və öz seçdikləri müftilərin xidmət etmələrini istəyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->