Foto 09:55 24.07.2018

Yunanıstanda dəhşətli yanğınlar: 50 ölü, 100-dən çox yaralı var (FOTOLAR)

Yunanıstanda davam edən meşə yanğınlarında ölənlərin sayı 50 nəfərə çatıb.

Qaynarinfo Telegraph-a istinadən xəbər verir ki, yaralıların sayı isə 100 nəfərdən çoxdur. Qurbanların əksəriyyəti paytaxt Afinadan 40 km məsafədə yerləşən Mati qəsəbəsindəndir. Attika regionunda fövqəladə vəziyyət elan edilib. Yanğın bir çox tikililərə zərər verib, duman ətraf əraziləri bürüyüb, çox sayda insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Təhlükəsizlik qüvvələri yanğın bölgələrinə cəlb edilib. Yanğınsöndürənlər, helikopterlər fəlakəti nəzarət altına almağa çalışır.

Gülşən