“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin Rusiyanın “Kuban” klubunun hücumçusu Abdulvahid Afolabini komandasına gətirmək istəyir.
"Azerisport"un verdiyi xəbərə görə, bu barədə Syominin meneceri Dmitri Seyluk məlumat verib:
“Syomin Afolabini “Qəbələ”də görmək istəyir. O, belə hesab edir ki, bu hücumçu Azərbaycan çempionatında həmişə oynaya, qol vura bilər”.
Qeyd edək ki, Afolabi 1991-ci ildə anadan olub. Nigeriyalı forvard Rusiya klubunda cəmi iki oyun keçirib.
Qaynar.info
Şərhlər