İtaliya millisinin və "Yuventus"un hücumçusu Moyze Kin "Everton"a transfer olunub.
Qaynarinfo İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 ilik müqavilə imzalayıb. İngiltərə mətbuatının məlumatına görə, "Everton" Kot-Diuvar əsilli forvard üçün "Yuventus"a 27,5 milyon funt-sterlinq (30 milyon avro) ödəyib. Turin klubunun Moyze Kini 36,6 milyon funt-sterlinqə (40 milyon avo) geri almaq hüququ olacaq.
Qeyd edək ki, Moyze Kin 2018/19 mövsümündə "Yuventus"un heyətində 17 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Şərhlər