İtaliya A Seriyasının XXVI turunun 5 oyunu ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayılıb.
Belə ki, İtaliya Futbol Federasiyası "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" oyunlarını koronavirus virusunun yayılması səbəbində təxirə salıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.
Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.
Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.
Şərhlər