İdman 18:49 04.02.2019

"Yuventus"un ulduzu qəzaya düşdü (FOTO)

"Yuventus"un futbolçusu Duqlas Kosta qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün İtaliyanın şimalında baş verib. Braziliya millisinin üzvü "Cip" markalı avtomobili ilə qəzaya uğrayıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Kosta özü xəsarət almasa da, onun avtomobili ilə toqquşan "Fiat" markalı maşınını 47 yaşlı sürücüsü xəstəxanaya yerləşdirilib.