Cəlilabad rayonunda hərbçinin yaralanması ilə nəticələnmiş silahlı insident olub.
Ans Press-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Göytəpə qəsəbəsindəki fərdi yaşayış evində baş verib.
Dövlət Sərhəd Xidmətinin leytenatı 23 yaşlı Asim Əzizov kirayə yaşadığı evin sahibi Fəxrəddin Sərdarovla aralarında mübahisə yaranıb. Elə bu zaman onların mübahisəsinə Fəxrəddinin oğlu 31 yaşlı Abbas Sərdarov da qoşulub.
Mübahisə şiddətləndikdən sonra Abbas evinə dönərək özü ilə qoşalüləli ov tüfəngin götürüb hadisə yerinə qayıdıb. Odlu silahla hərbiçiyə atəş açan Abbad Sərdarov onu ağır yaralayıb. Hərbiçi Asim Əzizov ağır yaralı halda Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin onun xəsarətləri ağır olduğundan paytaxta gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, zabitin kirayə yaşadığı evin həyətində alt paltarı ilə gəzməsi dəfələrlə ev sahibilə onun arasında mübahisəyə səbəb olub. Elə tərəflər arasındakı son mübahisə də bundan qaynaqlandığı bildirilir.
Hazırda cinayəti törədən Abbas Sərdarov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma arılır.
Qaynar.info
Şərhlər