Zamiq Hüseynov "Mən səni sevirəm" adlı yeni mahnısını təqdim etdi (VİDEO)
Müğənni Zamiq Hüseynov "Mən səni sevirəm" adlı yeni mahnısına çəkdirdiyi klipini Mtv Azərbaycan kanalına təqdim edib.
Qaynarinfo xəbər verir ki, klipin rejissorluğu Dele Orucluya, montajı isə Emin Muradova həvalə olunub. Mahnının söz və musiqisi Anar Nağılbaza, aranjimanı Samir Şirinova, mix masteri isə Oleq Naumova aiddir.
Qeyd edək ki, pop ulduz budəfəki klipində də tərzi üzərində özü işləyib. Onun makiyajını Elnur Həsənov edib. Klipdəki rəqqas xanımları isə stilist Leyla geyindirib. Ekran işinin prodüseri Fuad Vəlizadədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər