Zamiq Hüseynovdan Sevgililər gününə hədiyyə:

Zamiq Hüseynovdan Sevgililər gününə hədiyyə: "Son nəfəsimizə qədər” (VİDEO)

Müğənni Zamiq Hüseynov "Son nəfəsimizə qədər” adlı yeni klipini təqdim edib.

Qaynarinfo xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən sənətçi budəfəki işini Sevgililər gününə həsr edib. 

Müğənni "Instagram" hesabında paylaşım edərək "Sevgililər günü, bütün sevənlərə hədiyyəmiz olsun" şərhini yazıb. Qısa metrajlı filmi xatırladan ekran işinin rejissorluğu Cəlal Kəngərliyə həvalə olunub. Pop ulduzun tərəf müqabili rolunu isə model Pərvin Həsənzadə canlandırıb. 

Qeyd edək ki, bəstənin söz və musiqisi İsmayıl Əsədova, aranjimanı Samir Sultanov, mix-masteri isə Oleq Naumova aiddir. Ənənəvi olaraq, Zamiqin "make-up"ı üzərində stilist Elnur Həsənov çalışıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR