Zaqatala rayon sakini adəti üzrə səhər oyanıb, heyvanları otarmaq üçün aparmaq istəyəndə, tövlədə gördüklərindən dəhşətə gəlib. Kənd sakinlərinin sözlərinə görə, bu günə kimi kənddə belə bir hadisəyə rast gəlinməyib.
Səhər saatlarına yaxın Aşağı Tala kənd sakini Məhəmməd Həmzəyevə məxsus tövləyə hücum edən canavar 5 baş qoyunu parçalayıb. Amma ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Onlar dərhal Rayon Baytarlıq İdarəsinə məlumat veriblər. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin rəis müavini Ramazan Ramazanov deyir ki, hazırda hadisə yerinə baxış keçirilib: “Ölən və kəsilən qoyunlarının basdırılması ilə bağlı göstəriş verilib. Qalan yaralı qoyunlar isə müalicə olunacaq. Daha sonra ərazi və tövlədə dezinfeksiya işləri aparılacaq”.
Kənd sakinlərinin sözlərinə görə, Aşağı Tala şəhərə ən yaxın kənd olduğundan kənddə bu günə qədər belə bir hadisəyə təsadüf edilməyib. Şəhər mərkəzinə yaxın əraziyə canavarların soxulmasından isə sakinlər ciddi narahatçılıq keçirir
Qaynar.info
Şərhlər