Xəbər lenti

Zelenski ölkə konstitusiyasına dəyişiklik etmək istəyir
Dünya 13:33 14.12.2019

Zelenski ölkə konstitusiyasına dəyişiklik etmək istəyir

Ukraynanın Verxovna radasında hakimiyyətin mərkəzləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu həyata keçirmək üçün konstitusiyaya dəyişlik etmək lazımdır. Sələfindən sonra hazırkı prezident Vladimir Zelenski də yerli idarəetmə islahatlarına başlayıb. Şura hələ Zelenskinin təkliflərinin mətnini dərc etməyə başlamayıb. Buna görə də mahiyyət daha sonra məlum olacaq.

Qeyd edək ki, 2014-cü il seçkilərindən qısa müddət sonra sabiq prezident Petro Poroşenko da mərkəzləşdirməyə başlamışdı. Ancaq sabiq prezident heç vaxt fikirlərini reallaşdırmadı.

Mərkəzdən kənarlaşma naminə Ukrayna Konstitusiyasına edilən dəyişikliklər Donbasla bağlı Minsk razılaşmaları əsasında nəzərdə tutulur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->