Zelenski Lukaşenkodan rus “Vaqner”çiləri Kiyevə təhvil verməyi istədi

Zelenski Lukaşenkodan rus “Vaqner”çiləri Kiyevə təhvil verməyi istədi

Ukrayna Prezidenti Vladimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Minsk yaxınlığında saxlanılan rusların Kiyevə təhvil verilməsi məsələsini müzakirə edib.

Qaynarinfo xəbər verir ki, Ukrayna lideri aparatının saytında bildirildiyi kimi, Kiyev Donbasdakı qarşıdurmada iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tutulan 28 vətəndaşın təhvil verilməsini tələb edəcək.

Zelenski məhbusların "ədalətli cəzadan qurtula bilməyəcəyinə" inamını ifadə edib.

Bu arada Lukaşenko həmsöhbətinə Rusiya və Ukrayna ilə imzalanan beynəlxalq müqavilələr çərçivəsində həbs olunanların işində əməkdaşlıq edəcəyini bildirib.
Bundan əlavə, liderlər Ukrayna və Belarus Regionlarının Üçüncü Forumuna hazırlıq məsələlərini müzakirə ediblər. Görüşdə iki dövlətin ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyətə də toxunulub.

Xatırladaq ki, bir neçə gün əvvəl Belarusda "Vaqner” özəl hərbi şirkətinə məxsus 33 Rusiya vətəndaşı saxlanılıb. Bu barədə iyulun 29-da məlumat verilib.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR