Xəbər lenti

Zelenski Zalujnını hərbi xidmətdən azad etdi, səfir göndərdi (YENİLƏNİB)
Dünya 17:48 09.05.2024

Zelenski Zalujnını hərbi xidmətdən azad etdi, səfir göndərdi (YENİLƏNİB)

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnını Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısının 9 may tarixli 316/2024 nömrəli fərmanında deyilir.

"Valeri Fedoroviç Zalujnı Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin, deyə fərmanda qeyd edilir.

15.00
 
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının hərbi xidmətdən azad edilməsi haqqında fərman imzalayıb.

Qaynarifno xəbər verir ki, prezidentin bununla bağlı fərmanı dövlət başçısı Aparatının tərəfindən dərc edilib.

"General Valeri Fedoroviç Zalujnı səhhətinə görə hərbi forma geymək hüququ ilə hərbi xidmətdən azad edilsin", deyə fərmanda qeyd edilir.
 
Xatırladaq ki, fevralın 8-də prezident Volodimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->