"Zeynəb Xanlarova haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi bloger Orxan Ağayevdir".
Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
Mehriban Xanlarova məlumatı yayan blogeri hədələyib:
"Buradan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimi qeybət edərək, artıq-əskik danışmağı özünə kişilik bilmə. Cəsarətin çatırsa, gəl Bakıya. Mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, ASLAN kimdi, ÇAQQAL kimdi... BUYUR, SƏNİ GÖZLƏYİRƏM BAKIDA..."
Şərhlər