Bakının Maştağa qəsəbəsində baxımsız vəziyyətə qalan tarixi "Qum hamamı” təmizlənməyə başlayıb.
Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.
O, hazırda bələdiyyə və icra nümayəndələlərinin ərazidə olduğunu bildirib:
"Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub.
O qeyd edib ki, artıq hamamın təmizlənməsi işlərinə başlanılıb:
"Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.
Xatırladaq ki, düəndən etibarən sosial şəbəkələrdə "Qum hamamı”nın fotoları yayılmış, tarixi məkanın zibilxanaya çevrildiyi bildirilmişdi.
Şərhlər