İdman 18:01 22.11.2020

"Zirə" "Keşlə"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün son matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.

74-cü dəqiqədə isə "Zirə"nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.

Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. "Keşlə" isə 12 xalla 5-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Qəbələ"ni səfərdə 4:1 hesabı ilə məğlub edib. İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

5

3

1

26:6

18

2

Zirə

10

5

3

2

12:9

18

3

Neftçi

10

5

2

3

11:13

17

4

Sumqayıt

10

4

3

3

13:15

15

5

Keşlə

10

3

3

4

11:15

12

6

Səbail

8

2

3

3

9:10

9

7

Qəbələ

10

1

5

4

8:18

8

8

Sabah

9

2

0

7

8:12

6

Bombardirlər

Əli Qurbani (Sumqayıt), Filip Ozobiç (Qarabağ), Mahir Emreli (Qarabağ), Namiq Ələsgərov (Neftçi) - 6. Davit Volkov (Zirə) - 4.