Xəbər lenti

Zlatko Daliç: “Xalsız olması Azərbaycanın zəif olmasından xəbər vermir”
İdman 19:02 08.09.2019

Zlatko Daliç: “Xalsız olması Azərbaycanın zəif olmasından xəbər vermir”

"Sabah ilk növbədə ciddi oynamalı, oyuna ciddi yanaşmalıyıq”. 

Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.
 
Son dünya çempionatının gümüş mükafatçıları AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.
 
Oyunöncəsi keçirilən mətbuat konfransında 53 yaşlı mütəxəssis Bakıya qələbə dalınca gəldiklərini bildirib: "Slovakiyaya qarşı oyun kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdı. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir”.
 
- Komandada eyni səviyyəni qorumaq mümkün olacaqmı?
- Əsas məqam budu. Oyunçularla çox söhbət etmişik, bunu sabah da davam etdirəcəyik. Azərbaycan yaxşı komandadı. Oyuna uğurlu başlamalıyıq. Əks halda çox çətinlik çəkəcəyik.
 
- Heyəti müəyyənləşdirmisinizmi?
- Son oyunla müqayisədə çox dəyişiklik etməyəcəyik. Olsa belə, çox az dəyişiklik olacaq. Hər hansı zədə olmasa, heç bir dəyişiklik olmayacaq.
 
- 2015-ci ildən bəri iki dəfə 4:0 hesablı qələbədən sonrakı matçda büdrəmisiniz. Bu, sizdə psixoloji gərginlik yaratmır?
- Komanda olaraq məqsədimizi bilirik. Hədəf final mərhələsinə vəsiqə qazanmaqdı. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, bu hədəfə çatmaq üçün kifayət edəcək. Bütün diqqətimiz sabahkı oyunadı.
 
- Bəzi oyunçularınız sabah iştirak etməyəcək. Bunun taktiki seçimə nə kimi təsiri olacaq?
- İtkilər bizə çox təsir etmir. Bratislavada da bəzi itkilərimiz var idi. Əlimizdəki heyətlə matça köklənməliyik. (Matc.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->