Üzüm dünyada ən çox istifadə olunan dad və qoxu etibarilə fərqli meyvələrdən biridir.
"Qaynarinfo" xəbər verir ki, çox kiçik olmasına baxmayaraq, üzümün faydaları saymaqla bitmir. Üzümdən eyni zamanda kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur. Üzüm bol miqdarda enerji verir, proteinlə zəngindir və tərkibində liflər var. Eyni zamanda üzüm folatlar, zink, potasiyum, kalsiyum, sodium, dəmir, niasin, riboflavin, tiamin, C, E, K vitaminləri ilə zəngindir. Xüsusən, C, K vitaminləri və s. faydalı maddələrin mənbəyi hesab edilir.
Təbii ki, bu qədər vitamin və minerallarla zəngin olan meyvə sağlamlıq üçün də çox faydalıdır. Belə ki, beyin qidalandırıcı, həzm sisteminə, dəri problemlərinə və s. kömək olan, bu kimi problemlərin həll olunmasında mühüm rol oynayan üzümün qruplaşdırılmış şəkildə faydalarını sizə təqdim edirik:
1. Üzüm miqrenə yaxşı təsir edir. Hətta mütəxəssislər müalicəsi çətin hesab olunan miqrenin ev üsulunda hazırlanan üzüm suyu vasitəsilə müalicə edilə biləcəyini söyləyirlər.
2. Üzüm alzaymer xəstələrinə müsbət təsir edir: Belə ki, üzüm Alzaymer xəstələrində Amiloid-beta peptit səviyyəsinin aşağı salınmasını təmin edir. Eyni zamanda beyni qidalandırır, fəaliyyətinin yaxşı tənzimlənməsinə kömək edir.
3. Həzm problemlərini aradan qaldırır.
4. Döş xərçənginin qarşısını alır: Bununla bağlı aparılan son tədqiqatlar da bunu sübut etmişdir. Gündəlik içilən üzüm suyunun döş xərçənginə tutulma riskini minimuma endirdiyi təsdiqlənmişdir.
5. Göz sağlamlığına müsbət təsir edir, görməni yaxşılaşdırır. Bu üzümün ən çox bilinən tərəflərindəndir. Tərkibində olan qlutein və zeaksantin maddələrinin köməi ilə yaşlanmanı gecikdirir, göz xəstəliklərinin yarana bilmə ehtimalını azaldır.
6. Böyrək xəstəliklərini sağaldır.
7. Mikrobları öldürür: Qırmızı üzüm antibakteriyal və antiviral xüsusiyyətlərinə görə infeksiyalara qarşı immuniteti gücləndirir.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər