Lənkəran rayonunda 29 yaşlı qadın intihara cəhd edib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü V.İ. yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri onun öldüyünü zənn ediblər. Lakin hadisə yerinə göndərilən polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri onun ölmədiyini müəyyən ediblər. V.İ.-yə zəruri tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, V.İ. həyat yoldaşı ilə 6 ildir evlidir. Bir övladları ölüb, digərinin iki yaşı var. Şirvan şəhərindən Lənkərana gəlin gələn qadın uzun illər özünün və övladının zorakılığa məruz qaldığını, həyat yoldaşından ayrılmaq istəsə də, mümkün olmadığını bildirib. Hətta intihara cəhd etməzdən əvvəl həyat yoldaşı R.İ.-ni məlumatlandırıb. Eyni zamanda DİN-in "102” Zəng Mərkəzinə zəng edərək intihar etməsinə səbəb kimi həyat yoldaşının onu incitməsini göstərib.
Şərhlər