Xəbər lenti

Dünya 20:20 25.04.2024

Rusiya İrəvana qarşı hansı addımları atacaq? (ŞƏRH)

"Rusiya rəsmiləri belə açıqlamalarla "düşmən dəyirmanına su tökürlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun bəyanatını şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti Rusiyadan asılılığın tamamilə ləğvi və Qərbə inteqrasiya siyasəti yürütdüyündən istər baş nazir Nikol Paşinyan, istər parlamentin rəhbəri Alen Simonyan, istərsə də digər dövlət rəsmilərinin Moskva əleyhinə açıqlamalar verməsi anlaşılandır:
 


"Alen Simonyanın Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanımaq barədə verdiyi açıqlama da əslində Ermənistanda Rusiya əleyhinə təbliğatını gücləndirəcək. Həmin addım Moskvanı qıcıqlandırmağa yönəlik və onun İrəvanla münasibətlərinin daha da sərtləşməsinə hesablanmış siyasi xətdir. Yaranmış vəziyyətdə Rusiya rəsmiləri məsələyə kəskin münasibət bildirməklə, "düşmən dəyirmanına su tökmüş” olurlar. Ona görə irəliləyən dövrdə Ermənistan hakimiyyətinin dilindən daha kəskin anti-Rusiya mövzusunda çıxış və açıqlamaların şahidi olacağıq. Bütün bu açıqlamaların məğzi İrəvanı Rusiyanın forpostundan qurtararaq, Qərbə inteqrasiya etməsinin tərkib hissəsidir”. 

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb.   Matviyenko Simonyanın artıq bütün "qırmızı xətləri”   keçdiyini bildirib. Çünki Simonyan Rusiyanın Ukraynaya müdaxiləsindən danışıb və Ermənistanın  Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü tanıdığını deyib: "Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->