Xəbər lenti

Siyasət 12:49 08.11.2022

"Qələbə birmənalı olaraq xalq, ordu və Prezidentin bütövlüyünün rəmzidir" - Hadi Rəcəbli

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə ilə nəticələndi".
 
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabiq sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli deyib.

"Vətən müharibəsindəki qələbə birmənalı olaraq xalq, ordu və Prezidentin bütövlüyünün rəmzidir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edildi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtuldu, dövlətimizin ərazi bütövlüyü bərpası olundu. Başda Ali Baş komandan olmaqla, xalqımız ədalətsizliklərlə barışmadığını, milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bu, Ali Baş Komandanın apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Həm xarici siyasət, həm ordu quruculuğu, həm də ölkədə gedən uğurlu iqtisadi-siyasi gedişat qələbəmizi təmin etdi. İndi dünyada gedən proseslər bir daha onu göstərir ki, Prezident İlham Əliyev uzaqgörən, ağıllı siyasətçidir. Onun apardığı siyasət ölkəmizdə sabitliyə və əminamanlığa səbəb olub", deyə sabiq deputat əlavə edib.

Hadi Rəcəbli dövlət başçısının şəhid ailələri və qazilərə diqqətindən də danışıb: "Ali Baş Komandan bu qələbənin təmin edən hərbçilərimizə, şəhid ailələrimizə, qazilərimizə daim diqqət və qayğı göstərir. Prezident şəhid ailələri və qazilərimiz üçün təşkil edilən tədbirlərdə iştirak etməklə bir daha göstərdi ki, daim onların yanındadır".

Sabiq deputat bildirib ki, Prezidentlə yanaşı, hər bir vətəndaş da torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə daim diqqət və qayğı göstəməlidir. O, özü də Prezidentin dediyi kimi, şəhid ailələrini və qaziləri diqqətdə saxladığını bildirib. Hadi Rəcəbli dünən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla birlikdə Aprel döyüşləri şəhidi İqbal Əhmədovun doğum günü münasibəti ilə məzarını ziyarət ediblər. 
 


Əhməd
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->