Xəbər lenti

Ekonomiks 15:44 06.05.2014

ABŞ-dan Rusiyaya zərbə

Vergi haqqında qanun Rusiya banklarını çətin vəziyyətə sala bilər

ABŞ-ın yeni vergi haqqında qanunu Rusiya banklarının biznesini çətin vəziyyətə sala bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar yay aylarında qüvvəyə minəcək. Yeni qanuna əsasən bütün banklar öz amerikalı əmanətçiləri haqqında informasiyanı ABŞ hakimiyyətiylə bölüşməlidir.

Qanunun əsas məqsədi xaricdəki hesabları olan ABŞ vətəndaşları arasında vergidən yayınmanın qarşısını almaqdır. ABŞ artıq 50 ölkə ilə qanuna uyğun olaraq məlumat mübadiləsi haqqında saziş bağlayıb. Rusiya ilə də bu cür oxşar danışıqlar aparılıb. Lakin Ukraynadakı son vəziyyətə görə ikitərəfli əlaqələr dondurulub.

ABŞ Dövlət Vergi Xidmətinin sədrinin sabiq müavini Mark Matthevs isə bu vəziyyətin Rusiya banklarını çətin vəziyyətə salacağını söyləyib: "Bu Rusiya bankları üçün çox böyük problemdir. Bu dəyişiklik onların rəqabətililik qabiliyyətlərini azaldacaq və nəticədə banklar kapital azalması ilə üzləşə bilərlər".

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?