Xəbər lenti

İdman 10:03 13.04.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki matç baş tutacaq

Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. Əvvəlcə bölgə təmsilçiləri qarşılşacaq. "Turan Tovuz" səfərdə "Qəbələ"nin qonağı olacaq. Saat 16.30-da startı veriləcək matçı Rauf Cabarov idarə edəcək.

Günün son qarşılaşması "Neftçi" və "Araz-Naxçıvan" arasında keçiriləcək. "Neftçi Arena"da saat 19.00-da baş tutacaq oyunu Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası, 30-cu tur

13 aprel

16.30. "Qəbələ" - "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu

19.00. "Neftçi" – "Araz-Naxçıvan"

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
"Neftçi Arena"

Tur çərçivəsində ötən gün baş tutan bir görüşdə aşağıdakı nəticə qeydə alınıb

"Sumqayıt" - "Zirə" 0:0

"Qarabağ" - 72, "Zirə" - 46, "Sumqayıt" - 44, "Neftçi" - 44, "Sabah" - 40, "Turan Tovuz" - 39, "Səbail" - 38, "Araz-Naxçıvan" - 32, "Kəpəz" - 30, "Qəbələ" - 16

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?