Xəbər lenti

Ekonomiks 19:10 18.01.2015

Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaltdı

ARDNŞ 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub. Qaynar.info xəbər verir ki, bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.

O, qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->