Xəbər lenti

Maqazin 22:50 02.07.2018

Azərbaycanlı müğənni övladlığa uşaq götürür: "Biri oğlan, biri qız"

"Maşın şou"nun qalibi, müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürmək niyyətindədir. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Stop” verilişində danışıb:

"Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O gedəndən sonra iki uşaq övladlığa götürəcəm.  Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq etmək”.
 
Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?