Xəbər lenti

Foto 21:10 16.07.2018

Bakıda sərnişin avtobusunda yanğın oldu (FOTO)

Bakı şəhərinin Nizami rayonunda 35 saylı sərnişin avtobusunda yanğın baş verib. 

"Report" xəbər verir ki, hadisə "Neftçilər" metrosunun yaxınlığında qeydə alınıb.

Yanğın hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən söndürülüb, xəsarət alan olmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->