Xəbər lenti

Dünya 12:48 18.09.2013

Bu kosmetikadan əsla istifadə etməyin - XƏBƏRDARLIQ

Britaniya Allerqoloqlar Assosiasiyası insan orqanizmi üçün potensial təhlükə mənbəyi sayılan kosmetik vasitələrin ilkin siyahısını açıqlayıb.

 Milli.Az Daily Mail-ə istinadən bildirir ki, siyahıda Nivea, Olay, Clarins Paris, Sanctuary, LOreal Paris və Piz Buin kimi dünyaca məşhur brendlərin məhsulları var.
 
İstifadədən sonra qadınların orqanizmlərində çox kəskin allergik reaksiya yaradan kosmetik vasitələrin siyahısı belədir:
 
1. "Day Longg Lotion" (Piz Buin)
2. "Triple Active Day", "Multi-Protection Moisturiser" (LOreal Paris)
3. "Mini Mande Llar Body Souffie" (Sanctuary)
4. "Exfoliating Body Scrub for Smottş Skin" (Clarins Paris)
5. "Professional Exfoliating Cream Cleanser" (Olay)
6. "Body Lotion Express Hydration" (Nivea)
 
Britaniyalı həkimlərin dediklərinə görə, siyahıdakı kosmetik vasitələrin insan orqanizminə çox mənfi təsiri artıq sübuta yetirilib.
 
Belə ki, həmin vasitələrin tərkibindəki metilizotiazolinon (Mİ) maddəsi dəridə ciddi reaksiyalar və fəsadlar yaratmaqla yanaşı, orqanizdə müxtəlif xəstəliklərə təkan verir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?