Xəbər lenti

Ölkə 23:11 05.11.2013

Deputatın bankı əlindən alınır - İDDİA

Kürdəmirin deputatı Fərhad Qəribovla bağlı şok iddialar səsələndirilir. 

Bildirilir ki, deputatın  Dövlət Taxıl Fonduna aid olan 1000 hektar torpağı əlindən alınıb. Bu barədə pia.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda həmin torpaqlarda payız şumu aparılır və Dövlət Taxıl Fondu həmin ərazidə buğda əkəcək.

Sayt yazır ki, "Deputbank"ın rəhbəri Fərhad  Qəribov fonda aid 1000 hektara yaxın əkinə yayrarlı torpaqları uzun illər istismarında saxlayıb və  millət vəkilinin istismarında olub.

F.Qəribovun həmin torpaq sahələrində taxıl əkini ilə məşğul olduğunu iddia edən saytın yazdığına görə, bir müddət öncə millət vəkilinin forpaqlarının əlindən alınması ilə bağlı qərar verilib. 

Bunun isə ölkə başçısının "Regional pilot taxılçılıq təsərrüfatlarının yaradılması" ilə əlaqədar verdiyi sərəncamla əlaqələndirirlər. 

Məlumatda bildirilir ki, Fərhad Qəribov torpaqları vermək istəməsə də, sonradan iddiasından əl çəkmək məcburiyyətində qalıb. 

Xatırladaq ki, Fərhad Qəribovun adı seçki prossesində keçmiş baş prokuror, hazırda Balkan ölkəlində ölkəmizi təmsil edən Eldar Hüseynovla birlikdə müxtəlif siyasi prosseslərdə hallanıb. Ona görə də ehtimal etmək olar ki, millət vəkili seçki prossesində «özfəaliyyətə» yol verdiyi üçün cəzalandırılır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?