Xəbər lenti

Siyasət 16:01 09.07.2013

“Digər namizəd problemlər yaradacaq” -Eldar Namazov

“Milli Şuraya o qədər böyük axın var ki, istəyirik bir filtr prosesi və üzvlüklə bağlı prosedur qaydaları müəyyənləşdirək”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Şuranın İcra Aparatinin rəhbəri Eldar Namazov bildirib. O qeyd edib ki, Milli Şuranın bölgələrdə də şöbələri də yaxın zamanlarda yaradılacaq.

Şura rəsmisinin sözlərinə görə seçkidə digər namizədlərin olması Milli Şuranın fəaliyyətinə indiki zamanda mənfi təsir etməsə də perspektivdə problemlər yaranacaq. Həmçinin onu da əlavə edib ki, o, Rüstəm İbrahimbəyovun xarici ölkələrdə vergi ödəyicisi olmasını nə təsdiq, nə də təkzib edir.

ACP sədri Sülhəddin Əkbər isə bildirib ki, Milli Şuranın yalnız bir namizədi var. “Biz onun qeydiyyata alınması üçün səylərimizi əsirgəməyəcəyik”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?